Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı
Layihənin məqsədi təhsil müəssisələrində tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, onların hərtərəfli inkişaf etdirilməsi və həmçinin sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin görülməsinə cəlb edilmələridir. Həmçinin tələbələrin həm təhsil prosesində, həm də ictimai fəallıqlarında əhatə dairəsinin genişləndirilməsi onların ixtisaslarına daha maraqla yanaşmaları, fəallıq nümayiş etdirmələri, elmi və digər yaradıcılıqların inkişaf edirmələri, biliklərin praktiki əhəmiyyətini dərk etmələri əsas istiqamətlərdən biridir.
Tələbə Xidmət Ofisi
“Tələbə Xidmət Ofisi” bir çox tələbənin sosial fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Beləki, bu zaman bir çox tələbə bura müraciət edərək həm özlərini inkişaf etdirəcək, həmdə cəmiyyətdə olan problemlərin həllinə rol oynayacaq.