“Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində ingilis dili təkmilləşdirmə kursları təşkil edirik.

Kurslar 13 – 20 iyul, saat 14:00 – 15:00 aralığında Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində keçiləcək.

Sizlər bu kurslarda iştirak edərək nələr əldə edəcəksiniz:

1. Mütəxəssis Elnur Məmmədlinin dəstəyi ilə danışıq dilinizi inkişaf etdirəcək

2. Yeni sözlər mənimsəyərək söz və danışıq biliklərinizi artıracaq

3. Özünüzü sanki ingilisdilli ölkədə hiss edəcək

4. Kursdakılarla ingilis dilində müxtəlif mövzularda söhbət etmək imkanı qazanaraq, sərbəst ünsiyyət mühitində komplekslərdən azad olacaq

5. İngilis dili biliklərinizi möhkəmlətmək imkanı qazanacaqsınız!

Əziz tələbələr, bu cür əhəmiyyətli kursda iştirak edərək dəyərli vaxtınızı həm faydalı, həm də əyləncəli keçirəcəksiniz.