“telebexidmet.az” saytı bir platforma rolu oynayaraq tələbələrlə qurumlar arasında əlaqələrin yaranmasına və ya bu əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacaq. Bundan əlavə hər bir tələbə bu saytda öz sahəsinə və maraq dairəsinə uyğun olan hərtərəfli yaradılan imkanlardan rahatlıqla istifadə edəcək.

Yaradılan “telebexidmet.az” saytından faydalanaraq siz maraq dairənizə uyğun olan təcrübə proqramlarında, müxtəlif təlim, seminar və tədbirlərdə iştirak etmək şansını qazana bilərsiniz. Sayt yaradılarkən tələbələrin istəkləri, əldə edəcəyi qazanclar nəzərə alınıb.

Eyni zamanda saytın xidmətlərindən biri də siz tələbələrin qarşılaşdıqları problemlərin həllinə kömək etmək və ya əlaqələndirici kimi dəstək olmaqdır. Bu sayt sizin həm təcrübəli kadr kimi yetişməyinizə, həm əlaqələrinizin möhkəmlənməsinə, həm də  bir çox uğular qazanaraq tələbəlik illərinizin maraqlı və inkişafyönümlü olmasına şərait yaradır.