Azərbaycanın ən böyük texnoloji şirkətlərindən birində təcrübə keçərək işləmək şansı qazanmaq istəyirsən?

Rəqəmsal məhsulların yaradılması və bu sahədə xidmətlər üzrə ixtisaslaşmış “AzInTelecom” MMC məzunlara bu şansı vermək üçün 3 aylıq təcrübə proqramı elan edir.

Proqram çərçivəsində hazırda “AzInTelecom” MMC-də vəzifə tutan peşəkar şəxslər iştirakçılara təlimlər keçəcək, həmçinin, praktiki işin gedişatında mentorluq edəcəklər. Proqrama qəbul edilən şəxslər şirkətin real layihələri üzərində işləyərək böyük təcrübə qazanmış olacaqlar.

“AzInTelecom” MMC aşağıdakı ixtisaslar üzrə təcrübə və iş imkanları təklif edir:

  • İnformasiya Texnologiyaları
  • İnformasiya Təhlükəsizliyi
  • Proqramlaşdırma
  • Marketinq və Satış
  • Hüquq
  • Keyfiyyətə nəzarət
  • İnsan resurslarının idarəolunması
  • Layihələrin idarəolunması

Namizədlər üçün tələblər:

  • Bakalavr və ya magistr dərəcələri üzrə təhsilini 2019-ci ildə və ondan sonra bitirən, həmçinin 2022-ci ildə bitirəcək şəxslər;
  • Təhsili yuxarıda qeyd olunan ixtisaslar üzrə olan şəxslər.
  • Proqramı uğurla bitirən iştirakçılar şirkət tərəfindən iş təklifi almaq şansı əldə edəcəklər.

Mənbə: https://bit.ly/3cdgnYE