Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Təqaüd Proqramı (ASAP) xarici tələbələr, ekspertlər, alimlər, akademiklər və qeyri-kommersiya təşkilatları ekspertlərinə təqaüd təklif edən bir proqramdır. Proqram ildə bir dəfə təklif olunur. ASAP Seçim Komitəsi təqaüdü liderlik potensialına, güclü akademik özkeçmişə və gələcəklə bağlı güclü baxışa malik şəxslərə təqdim edir. 

Təqaüdün əsas məqsədi Azərbaycan və ümumilikdə regionla bağlı araşdırmaları daha da artırmaqdır. Qeyd etmək önəmlidir ki, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, Azərbaycanın suvrenliyinə qarşı xarici təhdidlərin aşkarlanmasına və onların qarşısının alınmasına, xüsusilə Ermənistan-Azərbaycan post-konflikt dövrü ilə bağlı yaradıcı perspektivlərə və fikirlərə sahib olan tədqiqatçılara üstünlük veriləcəkdir.  

BMTM bacarıqlı tələbələrə, peşəkar insanlara və akademiklərə təlim keçməklə  geniş akademik, peşəkar və mədəni təcrübələrə  çıxmaq imkanı yaradan açıq platformadır. Bu mənada, ASAP  beynəlxalq şəbəkələşməni genşləndirmək üçün unikal imkandır. Platforma çərçivəsində, ASAP xarici alimlərə Azərbaycan irsini, mədəniyyətini və tarixini öyrənməyə imkan yaradacaqdır. 

Namizədlər ASAP-a müraciət etmək üçün CV, iki tövsiyə məktubu, layihə təsviri, habelə əvvəlki tədqiqat nümunələri, məqalələr və sairə sənədləri [email protected] e-poçt ünvanına göndərməlidirlər. 

Müraciətləri qəbul olunmuş namizədlərə ilkin mərhələni keçmələrinə dair elektron məktub göndəriləcək. Sizdən BMTM tərəfindən müəyyən edilmiş yüksək davranış standartlarına və yerli ənənələrə və təlimatlara əməl etməyiniz xahiş olunur. Əcnəbi namizədlər təqaüd dövrü boyunca Azərbaycanda qalmalı, təqaüd müddəti bitdikdən sonra isə ölkələrinə qayıtmalıdır. 

Hazırda COVID-19 pandemiyası səbəbiylə təqaüd 3-6 ay müddətinə distant tədqiqat aparılması üçün nəzərdə tutulur. Daha ətraflı məlumat əldə etmək və digər suallar üçün [email protected]  yazmağınız xahiş olunur.

Mənbə: https://aircenter.az/az/opportunity/scholarships/3