Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Azərbaycan və ölkə xaricində baş verən qlobal və regional proseslərlə bağlı innovativ təhlillər hazırlayan, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsinin müxtəlif aspektlərinə, beynəlxalq əlaqələr və təhlükəsizlik məsələlərinə dair fundamentral araşdırmaların hazırlanmasını hədəfləyən müstəqil beyin mərkəzidir.  BMTM-in əsas missiyası etimadın qurulması, qərar qəbul edən şəxslərə praktiki həll yollarının təklif edilməsi və bu istiqamətdə komanda işinin təşviq edilməsindən ibarətdir. Bununla əlaqədar olaraq BMTM-in Təcrübə proqramı istedadlı tələbələr və yeni məzunların  peşəkar və fərdi inkişafı üçün 3-6 ay müddətində ödənişsiz olaraq nəzərdə tutulub.

Təlim prosesinin tərkib hissəsi kimi təcrübəçilər elmi rəhbərləri ilə yazılı hesabatlar, tədbirlər, araşdırma layihələri və fəaliyyət göstərdikləri departamentin digər vacib tapşırıqları istiqamətində birgə işləyəcəklər. Təcrübəçilər BMTM-in şəbəkəsinə daxil olmaq imkanı əldə edəcək, mərkəzin təşkil etdiyi yüksək səviyyəli tədbirlərdən, araşdırma prosesindən və müxtəlif siyasi və iqtisadi aktorlarla qarşılıqlı fəaliyyətdə olmaq imkanından yararlanacaq və BMTM komandası adından müxtəlif tədbirlərə qatıla biləcəklər.

Təcrübə proqramı xarici siyasət və beynəlxalq əlaqələr sahəsində karyera qurmaq istəyənlər üçün stimullaşdırıcı və dəstəkləyici iş mühiti, o cümlədən hərtərəfli və peşəkar təcrübə əldə etmək üçün ideal imkan təklif edir. Namizədlərin siyasi proseslərin izlənməsi və prioritet istiqamətlərin məyyənləşdirilməsi sahələrində yüksək səviyyədə hazırlıqlı olmaları tələb olunur.

Ətraflı məlumat üçün: https://aircenter.az/az/opportunity/internships/2