Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilən “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsinə yekun vurulub.

Qeyd edək ki, 2022-ci ildə BAMF-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində 10 ali təhsil ocağı (bəzilərində 2 gün), eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində olmaqla 904 tələbəyə 6 mövzu istiqamətində 54 təlim keçilib.

Layihə çərçivəsində keçirilən təlimlər, görüşlər zamanı fərqlənən bir sıra tələbə sertifikatla təltif olub. Təqdimat mərasimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində keçirilib.