«Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində növbəti təlimlər Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunub. Təlimlərdə 87 tələbə iştirak edib.
Xüsusilə vurğulayaq ki, layihənin icrasına başlananda BAMF-a müraciət edən və tərəfimizdən cəlb edilən bir sıra universitetlərin tələbələrindən ibarət görüşlərdə onların maraqlarına, problemlərinin həllinə köməklik göstərəcək məsələlər təlim mərhələsi üçün mövzu olaraq seçilib. Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən təlimlər BAMF-ın prezidenti, bir sıra beynəlxalq layihələrin müəllifi, tanınmış jurnalist Umud Mirzəyevin təqdimatında “Karyeranın düzgün seçilməsi. İş imkanları məhdud olarsa nə etməli?”, Fondun Proqram Departamentinin rəhbəri Xudaverdi Quliyevin təqdimatında “Layihələrin yazılması və idarə olunması”, istiqamətində tələbələrin marağına səbəb olub.
Onlar karyeralarını qurmağın yolları, ilk olaraq hardan başlamağın vacibliyi, hansı istiqamətdə addım ata biləcəklərini necə təyin etmələri, əmək bazarını öyrənməyin yolları istiqamətində təlimatlandırılıblar. Tələbələrə layihə sənədinin formalaşdırılması, büdcə planlaması nədir, yerli və beynəlxalq layihələrin yazılma qaydaları öyrədilib. Onlara layihələrin düzgün idarə olunması və zamanın düzgün bölüşdürülməsi, icra planı, layihənin qiymətləndirilmə meyarları və hesabatlılıq, icra prossesində yarana biləcək risklər və onların idarə edilməsi istiqamətində təlim keçilib. Hər 2 mövzü üzrə əhəmiyyətli istiqamətlər təlimlərin əsas prioritetlərdən olub. Məqsəd tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, məlumatlılıqlarının inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı”adlı layihənin icrası uğurla davam etdirilir.
Layihə çərçivəsində bugünə qədər 622 tələbəyə 34 təlim keçirilib.