Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xatırladır ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində könüllü fəaliyyət əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:
– Aparatın şöbə və sektorlarında, eləcə də bölgə şöbələrində təcrübə keçmək;
– Müvafiq şöbələrin iş təcrübəsini öyrənmək;
– Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazası ilə tanış olmaq;
– Dövlət Komitəsinin Bakıda və bölgələrdə keçirdiyi regional konfransların, seminar-müşavirələrin, seminar-treninqlərin təşkil edilməsi prosesində iştirak etmək;
– Vətəndaşların qəbulunda bilavasitə iştirak etmək;
Könüllülük fəaliyyəti 2 ay müddəti üçün nəzərdə tutulub.
Könüllü kimi 2 ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaqdır.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
– İntizamlılıq;
– Xoşrəftarlılıq;
– Ünsiyyətcillik;
– Operativlik;
– Kollektivdə işləmək bacarığı;
– Təşkilatçılıq;
– Təşəbbüskarlıq;
– Məsuliyyətlilik;
– Kompüter bacarığı.