ƏMDX-da könüllü fəaliyyət üçün müəyyən olunmuş tələblərə uyğun olan hər bir şəxs fəaliyyət göstərmək məqsədi ilə müraciət edə bilər. Müraciət edən şəxs müsahibəyə dəvət olunur, müsahibənin nəticəsinə görə uyğun hesab edilərsə, həmin şəxslə müvafiq qanunvericiliyə əsasən könüllü fəaliyyət haqqında müqavilə bağlanılır. Sözügedən müqaviləyə uyğun olaraq könüllü 2-3 ay müddətinə fəaliyyət göstərir. Fəaliyyətləri müddətində könüllülərə fəaliyyət istiqamətlərinə dair normativ hüquqi aktlar və elmi ədəbiyyatlarla bağlı təlimlər keçirilir, təhkim olunmuş kuratorlar onların fəaliyyətlərini istiqamətləndirir. Könüllü fəaliyyətinin sonunda test imtahan üsulu ilə aparılan qiymətləndirməyə müvafiq olaraq hər bir könüllüyə sertifikat verilir.
08 May 2022Təcrübə proqramı