Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” adlı layihəsinin icrası uğurla davam etdirilir. 

Layihə çərçivəsində gördüyümüz işlərin tələbələr üçün daha əlçatan olması, hesabatlılığın şəffaflığının təmin edilməsi üçün yaradılan “telebexidmet.az” veb-saytı tələbələrin xidmətindədir. Saytın Elanlar bölməsində mütəmadi olaraq tələbələrin maraqlarına xidmət edən Vakansiyalar və Təcrübə proqramları araşdırılır və yerləşdirilir.

Onlayn xidmət vasitəsilə onların problemləri dinlənilir və həlli istiqamətində Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq işlər görülür.

Artıq «Auditoriya qarşısında çıxış. Nitq mədəniyyəti», «CV necə yazılmalı, müsahibədən necə keçməli?, Özünütəqdimat», «Kariyera imkanlarının düzgün seçilməsi və dəyərləndirilməsi» mövzuları üzrə 16 təlim keçirilib. Tanınmış mütəxəssislərin iştirakı ilə keçirilən təlimlərdə 148 tələbə iştirak edib.

Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, onların inkişaf etdirilməsi və həmçinin sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsi, işsizlik və təcrübə problemlərinin aradan qaldırılması istiqamətində addımların atılması layihənin əsas məqsədləridir. Layihənin digər bir məqsədi isə təhsil alan tələbələr arasında dostluq və yoldaşlıq hisslərinin yaradılması və ünsiyyətin möhkəmləndirilməsidir.